bannerbannerbanner
Название книги:

Mənim həyat hekayələrim

Автор:
Rza Əli oğlu Hüseynov Mirzadə
полная версияMənim həyat hekayələrim

000

ОтложитьЧитал

Шрифт:
-100%+

Artıq TEMA vəqfində işlədiyim 40 gün olmuşdu.

Bir səhər şöbə müdirimiz (bu adam haqqında sonra ayrı bir yazı yazacam) məni yanına çağırdı və məni işə rəsmi olaraq götürə bilməyəcəklərini dedi. 10 gün sonra maaşımı alıb TEMA-dan çıxmalı olduğumu başa saldı.

İş yoldaşlarım bu xəbərə mənim qədər pis olmuşdular.

Amma, bu xəbərə ən çox pis olan Ümit abi idi.

Günorta yeməyindən qayıdanda əlində bir neçə qəzet gətirmışdi. Məni yanına çağırdı və qəzetin iş elanları olan səhifəsini göstərdi. "Rza, sən rus dilini yaxşı bilirsən. Türkiyədə rus dili bilən gənc mütəxəssislərə də çox ehtiyyac var" – dedi. Mən də cavab verdim ki, Ümid abi mən meşə mühəndisiyəm. Burdakı işlərin çoxu isə ixracat sahəsinə aiddir. Mən axı bilmədiyim işi necə görə bilərəm.

O vaxt Ümid abi mənə heç unutmadığım bu sözü dedi: "Rza, unutma, insan istedikten sonra yapamayacağı hiç bir iş yoktur. Yeter ki, istesin". Sonra məni bir qədər tərifləyib cəsarətləndirdi.

Həmin gün Ümit abinin istəyi və köməyi ilə CV hazırlayıb bir neçə şirkətə faksla göndərdik (O vaxtlar e-mail istifadə edən çox nadir şirkət və adam var idi).

Səhərisi gün axşam qaçaq olaraq qaldığım (universiteti bitirdiyim üçün Bahçeköy yataqxanasından çıxarılmışdım, magistraturaya hələ daxil olmadığım üçün də Avcılar yataqxanasında qala bilmirdim. Ona görə də məcbur olaraq bu yataqxanada qeyri-qanuni yollarla qalırdım. Müxtəlif yollarla yataqxanaya girir və boş tapdığım otaqda qalırdım) Avcılar yataqxanasına gəldiyimdə tanış Azərbaycanlı uşaqlardan biri, gündüz mənə zəng gəldiyini dedi və bir nömrə verdi.

Səhəri gün işdən həmin nömrəyə zəng vurdum.

Bu, Philips şirkətinin Türkiyə ofisindən idi. Mən, Ümit abinin təkidi ilə Philipsin Azərbaycandakı təmsilçisi işi üçün müracət etmişdim.

Philipsin Türkiyədəki müdiri məni çox hörmətlə qarşıladı və xeyli müddət söhbət etdi.

İngilis dilini bilmədiyim üçün işə götürülmədim amma, artıq özümdə inam yaranmışdı. Xüsusi ilə də, Philipsin müdiri ilə etdiyimiz söhbət, adamın mənim haqqımda söylədiyi xoş sözlər məndə özümə inamı daha da artırmışdı.

İki gün sonra axşam yataqxanaya qayıtdıqda uşaqlardan biri mənə zəng gəldiyini və bu nömrəyə zəng etməli olduğumu dedi. Səhəri gün günortadan sonra Gaysan Mobilya (Filli mobilya) şirkətinin sahibi Muhsin bəylə görüşdüm. Çox ciddi, mədəni və qürurlu bir iş adamı olan Muhsin bəy məni bəyəndi və həftənin birinci günü işə çıxmağımı söylədi. Məni ixracat meneceri olaraq işə götürmüşdü…

Sevincimin həddi-hüdudu yox idi.

Bu, yenicə başlayan iş həyatımda atdığım ikinci kövrək addım, ikinci balaca pillə idi.

Bu xəbəri Ümid abiyə bildrdikdə onun məndən daha çox sevindiyinin şahidi olmağımı isə, həyatımda heç vaxt unutmadım.

Həyatımız boyu tanıdığımız insanlar, müxtəlif xüsusiyyətlərinə görə yaddaşımıza həkk olunurlar.

Mən, 46 illik həyatımda mənə zərrə qədər də yaxşılıq edən insanları unutmamışam. Hamısının yaddaşımda yeri var.

O insanları hər zaman xatırlayır, sevgi və rəhmətlə anır, onlara dua edirəm.

Ümit Şüvağ abinin timsalında həyatımda iz buraxan bütün yaxşı insanları bir daha sevgi və hörmətlə xatırlayıram.

Hekayə 12

Bildiyiniz kimi, həyatımın müxtəlif dövrlərində məni dəstəkləyən, mənə doğru yol gostərən adamları həm real həyatda, həm də istifadə etdiyim virtual platformalarda tez-tez yad edir, onları dərin hörmət və minnətlə xatırlayıram.

Bu gün sizə, İstanbulda təhsil aldığım, 1993-cu ildə tanış olduğum, böyük qardaş qədər dəyər verdiyim bir Türk iş adamı haqqında danışacam.

Bu adam, mənim çox dəyərli abim Ali Rıza İkişdir.

Məni tanıyanlar bilir ki, tələbəlik illərim mənim üçün mənəvi və maddi cəhətdən ağır bir dövr olub.

Mənəvi cəhətdən ona görə ağır idi ki, doğma yurdum Laçın və digər bölgələrimiz daha yenicə işğal olunmuşdu. Qısa bir müddət də olsa doğma yurdumun müdafiəsində iştirak etmisdim. Amma, torpaqlarımız hələ də düşmən tapdağı altındaydı.

Ailəm qaçqın vəziyyətində Sumqayıtda çox pis vəziyyətdə olan bir yataqxanada məskunlaşmışdı. Mən özüm bir il yarım idi ki ailə həyatı qurmuşdum. Bir sözlə çətinliklər çox idi.

Ancaq, çətinliklər məni daha güclü olmağa, daha çox çalışmağa, daha ciddi mübarizə aparmağa məcbur edirdi.

Allaha çox şükür ki, bu mübarizədə yetərli dərəcədə müvəffəqiyyətli olmağı bacardım.

Qayıdaq bu günku mövzuya.

1993-cu ilin sentyabr və ya oktyabr ayları idi. İstanbuldakı Atatürk tələbə yataqxanasının onuncu blokunda qalırdım. Yeni dərs ilinə hazırlaşırdım.

Bir gün gunortaya yaxın, elan etdilər ki azərbaycanlı bir tələbə telefona baxsın.

Dərs ilinin başlamısına bir neçə gün qaldığına və günorta vaxtı olduğuna görə yataqxana demək olar ki boş idi. Yəqin ki, telefona heç kim yaxınlaşmamışdı. Çünki, elan bir neçə dəfə təkrarlanmışdı.

Mən birinci mərtəbədə qaldığım üçün telefona yaxınlaşdım.

O vaxtlar, yataqxanada telefon ancaq hər blokun birinci mərtəbəsində var idi. Telefondakı adam, adımı və mənim rus dilini bilib bilmədiyimi soruşdu. Mən də rus dilini bildiyimi dedim. Adam, adının Ali olduğunu, sabah Rusiyadan qonaqlarının gələcəyini və mənim tərcüməçi kimi onlara kömək edib edə bilməyəcəyimi soruşdu. Mən də, müsbət cavab verdim. Ali bəy mənə ünvanı başa saldı və sağollaşdıq.

Sabahı gün, razılaşdığımız vaxtdan üç saat əvvəl geyinib yataqxanadan çıxdım. Çünki, İstanbulun Asiya tərəfini heç tanımırdım. Orda heç olmamışdım. Həmin gün ilk dəfə vapura (qayığa) minib Sirkəcidən Kadıköyə getdim.

Ali bəygilin ofsləri Kadıköy salıpazarı deyilən yerə yaxın bir yerdəydi. Təyin edilmiş vaxtdan on dəqiqə əvvəl utana-utana ofisin zəngini basdım.

Məni qapıda gülərüz, orta yaşlarında bir adam qarşıladı. Bu, dünən mənimlə telefonda danışan Ali Rıza İkiş idi. Otağa keçdik və Ali abi məni otaqdakı o biri səxslərə təqdim etdi.

Həmin gün, mən Işık ltd şirkətinin rəhbərliyi ilə Rusiyadan gələn qonaqlar arasındakı danışıqları tərcümə etdim.

Işık Ltd şirkəti üç qardaşa aid bir şirkət idi. Böyük qardaş- Saim, ortancıl – Ali Rıza, kiçik – Sami. Şirkətə Saim abi rəhbərlik edirdi. Saim abi çox alicənab və dəyərli bir insan idi.

Sonradan qardaşlar ayrıldılar və mən dörd il boyunca Ali Rıza abinin şirkətinin Rusiya ilə əlaqədar bütün işlərində iştirak etdim.

Bəzən ayda bir neçə dəfə, bəzən ayda bir dəfə, bəzən də 3-4 aydan bir işləri olsa da, Ali abi, hər dəfə mənə gördüyüm işin müqabilində yox, daha artıq maaş vərərdi. O mənə bir işçi kimi yox, balaca qardaşı kimi münasibət göstərərdi.

Universiteti qurtaranda Ali abi, mənə onların şirkətində qalıb isləyə biləcəyimi soylədi. Amma, mən də, Ali abi də bilirdik ki. Ali abigilin şirkəti çox kiçikdir. Onlar mənə ailəmi İstanbula gətirə bilməyə yetəcək qədər maaş verə bilməzdilər.

Ali abinin xanımı, Cənubi Azərbaycanlı Puran Hüseynzadə isə İstanbulun ən məşhur diş həkimlərindən biridir. Bu gözəl ailə mənim həyatda uğur qazanmağımda böyük rol oynayan dəyərli bir ailədir.

Allahdan Ali Rıza abiyə, Puran ablaya sağlam, uzun ömür arzulayıram.

Nə yaxşı ki, sizi tanımışam.

Hekayə 13

Universiteti bitirdikdən sonraki 23 illik iş həyatımda işlədiyim bütün şirkətlər mənim həyatımın bir hissəsi olubdur. O dərəcədə ki, işimə vurğunluğum uşaqlarıma da təsir edib.

Yadımdadı, İstanbulda xəmir mayası istehsal edən Akmaya A.Ş-də işləyirdim. Ailəmlə bu şəhərdə yaşayırdıq.

Mən, ərzaq satılan bütün mağazalarda ilk olaraq maya satılan bölümə baxar və orada bizim məhsulların satılıb-satılmadığına diqqət yetirərdim. Əgər, bizim üçün maraqlı ola biləcək supermarketdə məhsulumuzu görməsəm, səhər işə gələndə daxili bazardan cavabdeh olan menecerləri tapar və o supermarketin koordinatlarını onlara verərdim.

Mənim supermarketlərdəki davranışlarımı izləyən oğlum İman və qızım Pəri, bir müddət sonra supermarketlərə getdiyimizdə, məndən əvvəl maya satılan bölümə yaxınlaşar və bizim mayaıizın satılıb-satılmadığını mənə bildirərdilər.

Mənim və uşaqlarımın bu davranışı sonrakı illərdə işlədiyim şirkətlərdə də davam etdi.

Moskvada Kervan Gidada işlədiyim vaxtlar idi. Ailəlikcə Kremlin yaxınlığındakı Manejniy Ploşad ticarət mərkəzinə getmişdik. Xatırladım ki, həmin ticarət mərkəzi yerin altında 3 mərtəbəli ticarət mərkəzidir. Ən aşağı mərtəbəsində fastfood restoranları və şirniyyat magazaları işləyir.

Uşaqlarla fastfood restoranlarının birində oturub yemək yedik. Sonra qızım, oturduğumuz yerdən vitrinləri görünən, yaxınlıqdakı şirniyyat mağazasından şirniyyat istədi.

Həmin mağazanı mən daha əvvəl incələmisdim. Mağaza böyük bir qrupa aid idi. Bu qrup, Moskvadakı bütün parklardakı atraksiyonları işlədən bir yəhudi sirkətinə aid idi. Həmin yəhudi sirkəti atraksiyonlarla yanaşı parklarda kiçik köşklər qurasdiraraq şirniyyat satışı ilə də məşğul idi.

Mənim menecerlərim bu şirkətdə bir neçə dəfə olmuş və əməkdaşlıq təklifimizi onlara bildirmişdilər. Amma, nəticə mənfi olmuşdu.

Xülasə, mən qızımla mağazaya getdim. Qızım üçün şirniyyat aldıqdan sonra satıcıyla söhbət etdim və biznes kartımı ona verdim ki, rəhbərləri ilə görüşmək istəyirəm. Satici kartı götürdü və mütləq rəhbərinə catdiracagini bildirdi.


Издательство:
Автор